“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ərdoğana bu təklifi İlham Əliyev verib - Türkiyə Prezidentinin Şuşa Sammitinə qatılmamasının detalları açıqlandı

Tarix 05.07.24, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


Mediada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcəyi barədə məlumat yayılıb.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin söhbəti zamanı Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Almaniyada futbol üzrə Avropa çempionatının 1/4 mərhələsində Türkiyə millisinin Niderland yığması ilə qarşılaşacağını və Almaniyada milli komandanı dəstəkləmək imkanını nəzərdən keçirdiyini bildirib.

Belə bir təklif səslənib ki, Türkiyə Prezidenti günün birinci yarısı Şuşada tədbirdə iştirak etsin, sonra isə Almaniyaya yollansın. Lakin Prezident İlham Əliyev Türkiyə millisinin 1/4 mərhələyə yüksəlməsinin önəmini, habelə Türkiyə futbolçularının qələbəsinin bütün Türk dünyası üçün əhəmiyyətini xüsusi vurğulayaraq, cənab Ərdoğana Şuşaya deyil, milli komanda ilə bir yerdə olmaq üçün Almaniyaya səfər etməsini təklif edib.

Prezident İlham Əliyev Türkiyənin Şuşa Sammitində vitse-prezident Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidanla yüksək səviyyədə təmsil olunacağını qeyd edib və cənab Ərdoğandan Türkiyə millisinə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib.

Məlumatdan göründüyü kimi, Türkiyə Prezidentinin Şuşa Sammitinə qatılmaması protokol xarakterlidir və bunun da təşəbbüskarı iki qardaş xalq arasında münasibətləri həmişə uca tutan Prezident İlham Əliyev olub.




Xəbərin oxunma sayı : 1756




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap