“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs“ elan etdi - SİYAHI

Tarix 03.11.26, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, qeyd olunanlar nəzərə alınaraq, mediada, sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.

Həmin şəxslərin siyahısını təqdim edirik:

1. Ehsan Movəhhediyan - Siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbabtəbayi Universitetinin müəllimi

2. Əhməd Fərşbafiyan - Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri

3. Kamran Qəzənfəri - İran İslam Şurası Məclisinin deputatı

4. Əlirza Beyqi - İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi

5. Əbülfəzl Zöhrəvənd - İran İslam Şurası Məclisinin deputatı

6. Abbas Moqtədayi Xorasqani - İran İslam Şurası Məclisinin deputatı

7. Əlirza Səlimi - İran İslam Şurası Məclisinin deputatı

8. Hüseyn Şəriətmədari - “Keyhan” qəzetinin baş redaktoru

9. Ayətullah Möhsün Əraki - İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin üzvü, Məsləhət Şurasının üzvü

10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani - Qum Elmi Hövzəsinin Müəllifləri və Müəllimləri Cəmiyyətinin üzvü, Qum şəhərindəki Əimmeyi-Əthar (ə) Fiqh Mərkəzinin rəhbəri

11. Əbdül Hüseyn Xosrov Pənah - İran Ali Mədəni İnqilab Şurasının katibi

12. Hüccətül-islam Qulamrza Kavaşi - Təbriz İmam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

13. Daryuş Səfərnejad - Professor, siyasi ekspert

14. Əhmədrza Musəvi - Aktyor və teleaparıcı



Xəbərin oxunma sayı : 181




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap