“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dövlət xəstəxanalarında KT və MRT problemi: Şikayətlər var

Tarix 27.11.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçmək istəyən vətəndaşlar çətinliklə üzləşirlər.

AzFakt.com Oxu.Az-a istinadla xəbər verir ki, xüsusilə xərçəng xəstələri üçün vacib olan kontraslı KT və MRT müayinələrini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki bəzi tibb müəssisələrində etdirmək mümkün deyil.

Belə ki, "Yeni Klinika"da bir neçə aydır KT işlək vəziyyətdə deyil. MRT aparatı isə yeni təmir olunub, lakin hazırda onunla yalnız baş-boyun nahiyəsinin müayinəsi aparılır.

Onların sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında isə ümumiyyətlə, kontraslı KT müayinəsi həyata keçirilmir:

"Xəstəxanada adi KT aparatı var və işləkdir, ancaq kontraslı müayinə aparılmır. Bundan başqa, tibb müəssisəsində MRT aparatı da yoxdur. Sabunçu Tibb Mərkəzində isə KT işləmir, MRT işlək vəziyyətdədir, uzun növbələr olur, hətta gecə saatlarında da xəstə qəbul edilir".

Şikayətçilər bildirirlər ki, özəl klinikalarda müayinələrin qiyməti yüksək olduğundan, xəstələr bu xidmətlərdən yararlana bilmirlər. Özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına müayinə olunmaq üçün göndəriş almaq problemə çevrilib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlansa da, cavab almaq mümkün olmayıb.



Xəbərin oxunma sayı : 97




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap