“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Cəsarətli olmalıyıq” - Canni De Byazi

Tarix 08.09.23, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


“Təəssüflər olsun ki, bizi ağır oyun gözləyir. Cəsarətli olmalıyıq”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasına qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis rəqibin güclü olmasına baxmayaraq, uğurlu nəticə əldə etmək istədiklərini söyləyib: “Nəticə qazanmaq istəyirik. Fürsətlərdən yararlanmalı və əvvəllər etdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadır. Təbii ki, ümid sonda ölür. Güclü rəqiblə oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandırlar. Rahat oynamalı və azarkeşləri sevindirməliyik”.

De Byazi “Neftçi”nin müdafiəçisi Höccət Haqverdinin yığmaya çağırılmasına da münasibət bildirib: “O, həmişə bu komandanın üzvü olub. Başa düşürəm ki, bu mövsüm az şans qazanıb. Sizi də anlayıram. Ancaq lazım olsa, Höccətə şans verəcəyik”.

Baş məşqçi hər bir oyunçunun motivasiyalı olduğunu diqqətə çatdırıb: “Sabah “vuruşmağa” və mübarizə aparmağa hazır olmalıyıq. İnkişaf üçün yaşadıqlarımızdan nəticə çıxarmalıyıq”.

O, rəqibin təhlükəli oyunçularının olduğunu diqqətə çatdırıb: “Onların hamısı güclü klublarda çıxış edirlər”.



Xəbərin oxunma sayı : 1009




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap