“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması

Tarix 12.11.26, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis çətin oyuna çıxacaqlarını bildirib:

"Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik, Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq".

O, oyun ərəfəsində kənar söz-söhbətlərə fikir vermədiklərini, ancaq Lixtenşteynlə görüşə kökləndiklərini vurğulayıb:

"Toplanışlar zamanı futbolçularla danışıqlarımız olur. Müasir zəmanədir, bir çox futbolçular sosial şəbəkələrdən istifadə edirlər. Neqativdən uzaq qalmağa çalışırıq. Oyunçularla son görüşümüzdə də Lixtenşteyn komandasını təhlil etdik. Çünki tam oyuna köklənmişik. Düşünürəm ki, kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Komandaya qarşı müəyyən tənqidlər ola bilər, bu normaldır. Lakin biz hər xırda detala fikir versək, ziyanımıza işləyə bilər. Bizə qarşı olan tənqidlərin cavabını qələbə ilə verə bilərik".

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.



Xəbərin oxunma sayı : 82




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap