“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Çempionlar Liqasında tarixi darmadağın: “Komo“dan 9 qol

Tarix 05.11.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna yekun vurulub.

AzFakt.com xəbər verir ki, turun son oyun günündə daha doqquz qarşılaşma keçirilib.

Bu tur çərçivəsində İngiltərənin "Mançester Siti" klubu səfərdə Almaniyanın "Leypziq" komandasını 3:2 hesabı ilə məğlub edib.

Leypziqdəki "Red Bull Arena"da keçirilən görüşdə hesabı 37-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Kastello Lukeba avtoqolla açıb.

İkinci hissədə, 49-cu dəqiqədə Ridl Baku "Leypziq"in bərabərlik qolunu vurub. Lakin qonaqlar 58-ci dəqiqədə Enzo Fernandesin, 78-ci dəqiqədə isə Erlinq Holandın qolları sayəsində yenidən önə keçiblər. Antonio Nusa 61-ci dəqiqədə fərqlənərək hesab arasındakı fərqi azaltsa da, bu, komandasını məğlubiyyətdən xilas etməyib.

Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran "Mançester Siti" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Leypziq" isə 3 xalla 31-ci yerdədir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

- "AEK Afina" - "Real Madrid" - 2:3;

- "Fənərbağça" - "Liverpul" - 3:2;

- "Borussiya" (Dortmund) - "Real Betis" - 2:1;

- "Porto" - "Napoli" - 4:1;

- PSV - "Brügge" - 1:2;

- "Lans" - "Komo" - 1:9;

- "Slaviya Praqa" - "Arsenal" - 1:2;

- "Vikinq" - "Sabah" - 4:1.



Xəbərin oxunma sayı : 124




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap