“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyə şirkətində 1 milyon dollar oğurluq - Azərbaycanlı xəzinədar 10 il həbs olundu

Tarix 28.07.26, 15:05

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə fəaliyyət göstərən "Araz Kür İnşaat Malzemeleri Ticaret Limited Şirketi"nin kassasında saxlanılan 1 milyon ABŞ dollarının yoxa çıxması ilə bağlı cinayət işi üzrə hökm elan edilib.

Qaynarinfo xəbər verir ki, aparılan araşdırmalar nəticəsində vəsaitin şirkətin xəzinədarı E. Məmməliyev tərəfindən mənimsənildiyi müəyyən edilib. O, Azərbaycana qayıdarkən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) ilə ittiham irəli sürülüb. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs 2018-ci ildən 2023-cü ilin oktyabrınadək Türkiyədə qeydiyyatdan keçmiş "Araz Kür İnşaat Malzemeleri Ticaret Limited Şirketi"ndə qeyri-rəsmi qaydada xəzinədar vəzifəsini icra edib. O, kassaya nəzarət, iri məbləğli nağd vəsaitlərin qəbulu və verilməsi, pul köçürmələrinin həyata keçirilməsi, maliyyə əməliyyatlarının təşkili və şirkətin maliyyə dövriyyəsinin idarə olunmasına cavabdeh olub.

Şirkətin faktiki rəhbərləri Türkiyə hüdudlarından kənarda olduqları dövrdə müxtəlif sahibkarlıq fəaliyyətlərinin davam etdirilməsi üçün hər biri 500 min ABŞ dolları olmaqla, ümumilikdə 1 milyon ABŞ dollarını ona etibar ediblər.

İttihama görə, E. Məmməliyev 2023-cü ilin avqust-oktyabr aylarında kassadakı vəsaiti hissə-hissə götürüb. İş materiallarında göstərilir ki, həmin məbləğin 9 min 780 ABŞ dollarını nağd şəkildə xərcləyib, qalan 990 min 220 ABŞ dollarını isə istintaqa məlum olmayan yollarla Azərbaycana gətirərək həyat yoldaşının adına açılmış, lakin özünün istifadə etdiyi bank hesablarına köçürüb. İttihama əsasən, həmin vəsait sonradan müxtəlif internet platformalarında ödənişlər və digər şəxsi məqsədlər üçün istifadə olunub.

Məhkəmədə ifadə verən E. Məmməliyev mənimsəmə faktını etiraf edib.

Onun sözlərinə görə, 2018-ci ildə qohumunun vasitəsilə Dubayda işləməyə dəvət olunub. Bir müddət sonra iri məbləğli pul vəsaitlərinin saxlanılması və daşınması ilə bağlı işlərdə çalışıb, daha sonra isə faktiki olaraq xəzinədar funksiyasını yerinə yetirib.

E. Məmməliyev bildirib ki, 2023-cü ildə əvvəlcə Azərbaycana, sonra Moskvaya, daha sonra isə İstanbula göndərilib. Onun sözlərinə görə, həmin vaxt Türkiyədə fəaliyyət göstərən şirkətin 50 faiz payının adına rəsmiləşdiriləcəyi vəd olunub.

Təqsirləndirilən şəxs bildirib ki, kassadakı çatışmazlıq aşkar edildikdən sonra bunu şirkət rəhbərlərindən birinə etiraf edib və pulu təxminən bir ay ərzində hissə-hissə götürdüyünü söyləyib.

Onun ifadəsinə görə, sonradan tərəflər arasında razılıq əldə olunub və qaynatası vasitəsilə 100 min ABŞ dolları geri qaytarılıb. Lakin daha sonra münasibətlər pozulub. O, verilən vədlərin yerinə yetirilmədiyini əsas gətirərək qalan vəsaiti ödəməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məmməliyev Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinib və 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 478




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap