“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - VİDEO

Tarix 27.07.26, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda, çimərlik ərazidə çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində çimərliyə kanalizasiya sularının axıdılmasını əks etdirən görüntülər yayılıb. Sakinlərin sözlərinə görə, çirkab suların boru vasitəsilə dənizə töküldüyü həmin əraizdə insanlar çimir.

Bəzi sakinlərin sözlərinə görə isə, həmin borudan sadəcə qrunt suları axıdılır.

Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən "Xəzər Xəbər"ə bildirldi ki, həmin ərazidə axıdılan su tullantı suyu və ya kanalizasiya mənşəli su deyil, sözügedən qəsəbə ərazisində formalaşan qrunt sularıdır.

Qeyd edilib ki, paylaşılan videomateriallar əvvəlki dövrə məxsusdur. Hazırda sözügedən axarın torpaq məcralı hissəsi ləğv edilərək boru vasitəsi ilə birbaşa dənizə daxil edilib. Xidmətin əməkdaşları tərəfindən sözügedən məsələ sosial şəbəkələrdə işıqlanmadan öncə sudan nümunələr götürülərək laboratoriya analizləri aparılıb, əldə olunan nəticələr əsasında suyun qrunt sularına xas göstəricilərə malik olduğu müəyyən edilib. Eyni zamanda, aparılmış müayinələr zamanı suyun məişət və ya fekal mənşəli çirklənməyə məruz qalmasını təsdiq edən hər hansı göstərici aşkar edilməyib. Onun su obyektinə axıdılması ətraf mühitə mənfi təsir yaratmır.

 





Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap