“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Zelenski kəşfiyyat məlumatlarını açıqladı - Rusiya yeni səfərbərliyə hazırlaşır

Tarix 26.07.26, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat məlumatlarına istinadən bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin bu payızda səfərbərlik dalğasını genişləndirmək üçün zəmin hazırlayır.

Zelenskinin sözlərinə görə, ilin əvvəlindən bəri Rusiya Silahlı Qüvvələrinin cərgələrinə 221 min nəfər cəlb edilib. Lakin eyni dövrdə Rusiyanın canlı qüvvə itkiləri 225,5 min nəfərə yaxınlaşıb. Bunlardan 131 min nəfəri həlak olanlar, 93 minə yaxını isə yaralananlardır.

Ukrayna lideri bildirib ki, Moskva canlı qüvvə çatışmazlığını ört-basdır etməyə çalışır: "Putin sadəcə olaraq yeni rusiyalıları müharibəyə aparmağa hazırlaşır. O, bunu müxtəlif bəyanatlar və siqnallarla pərdələsə də, hazırlıq görür. Bizim tərəfdaşlarımızla birgə Rusiyaya lazımi təzyiqi göstərməyimiz vacibdir ki, Rusiyada əlavə səfərbərlik haqqında yox, təcavüzün dayandırılması və sülh haqqında düşüncələr üstünlük təşkil etsin."

Zelenski Rusiya ilə Şimali Koreya (KXDR) arasında dərinləşən hərbi əməkdaşlığın təfərrüatlarına da toxunub. Kəşfiyyat göstərir ki, Rusiya Şimali Koreyadan daha 30 min hərbçi qəbul etməyi planlaşdırır. Hətta iyun ayından etibarən Voronej vilayətində bu heyəti qarşılamaq üçün hazırlıq işləri aparılır.

Bununla yanaşı, Pxenyanın Rusiyaya yeni ballistik raket buraxılış qurğuları verməyi planlaşdırdığı bildirilir. Ukrayna prezidenti vurğulayıb ki, bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, bütün Asiya regionu üçün ciddi təhdiddir, çünki Rusiya Şimali Koreya hərbçilərinə real döyüş təcrübəsi qazandırır və onların silahlarını təkmilləşdirir.

Mətndə diqqətçəkən digər vacib məqam isə Rusiya ilə İran arasındakı hərbi-kəşfiyyat əməkdaşlığıdır. Zelenski tərəfdaş dövlətlərə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə bağlı sübutlar təqdim edəcəyini vəd edib.

Məlumata görə, iyul ayının əvvəlindən Rusiya Fars körfəzi ölkələrinin ərazisini fəal şəkildə peyk vasitəsilə çəkir. Müəyyən edilib ki, bu fotolar daha sonra İrana ötürülür.

Ukrayna kəşfiyyatı Rusiyanın çəkdiyi obyektlərlə İran qüvvələrinin endirdiyi zərbələr arasında birbaşa əlaqə olduğunu üzə çıxarıb. Rusiya peykləri həm hücumdan əvvəl hədəfləri təsbit edir, həm də zərbələrdən sonra dəyən zərəri qiymətləndirmək üçün ərazini yenidən lentə alır.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap