“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Peskovun arvadı “qara siyahı”dan çıxmaq istəyir - Və 2 milyon tələb edir...

Tarix 27.07.26, 20:12

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka Avropa Birliyi qarşısında iddia qaldırıb.

Bu barədə Rusiya mediası məlumat yayıb. Məlumatda deyilir ki, Peskovun arvadı ona qarşı sanksiyaların qaldırılmasını və 2 milyon avrodan çox təzminat ödənilməsini tələb edib. Bu iddia Aİ-nin Rəsmi Jurnalında da yer alıb.

Navkaya qarşı sanksiyalar, 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra, "Ukraynanın ərazi bütövlüyünü təhdid edən hərəkətləri dəstəkləyən şəxs" ilə əlaqəsi səbəbindən tətbiq edilib. Sanksiyalar həmçinin, Navkanın ilhaq edilmiş Krımda şirkətlərə və əmlaka sahib olması səbəbindən tətbiq olunub.

Navka öz iddiasında Aİ Şurasının onu “qara siyahı”ya salmaq üçün kifayət qədər əsasının olmadığını iddia edir. O, maddi ziyana görə təxminən 135.000 avro, mənəvi ziyana görə 1,9 milyon avrodan çox təzminat tələb edib.

Peskov və Navka 2010-cu ildə tanış olublar və 2014-cü ildə Nadejda adlı bir qızları dünyaya gəlib. 2015-ci ildə cütlük Soçidəki elit bir oteldə evləniblər. “Fobes” jurnalı Peskov və Navkanı Kremlin ən varlı ailələrindən biri adlandırıb.



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap