“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qadın alimenti ödəmədikdə qanun hansı tədbirləri nəzərdə tutur? - VİDEO

Tarix 26.07.26, 23:31

Font ölçüsü : - / +
bitmap-img6


Aliment ödəmədiyi üçün qadınlar barəsində də işlər icraata verilib.

Xezerxeber.az xəbər verir ki, Ədliyyə Nazirliyinin statistikasına əsasən, bu ilin ilk altı ayı ərzində qurumun icraatında 131 mindən çox aliment işi olub. Hazırda icraatda olan aliment işlərindən təxminən 2400-ü üzrə borclu tərəf qadındır.

Vəkil anar Ramazanov deyir ki, qadınlara aliment təyin edilməsi əsasən boşanmadan sonra uşağın atanın himayəsində qalması ilə əlaqədardır. Belə hallarda məhkəmə uşağın saxlanılması üçün aliment öhdəliyini ananın üzərinə qoyur.

Vəkil bildirir ki, qanunvericiliyə əsasən ər və arvad bərabər hüquq və vəzifələrə malikdirlər.

İcra məmuru aliment borcunun məcburi qaydada tutulmasını təmin edir. Eyni zamanda onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər. Borc uzun müddət qəsdən ödənilmədikdə və qanuni əsaslar olduqda, inzibati və ya cinayət məsuliyyəti də yarana bilər.

Vəkil hesab edir ki, aliment fondunun yaradılması səmərəli yanaşmadır. Belə bir fond fəaliyyət göstərərsə, aliment ödənişləri ilk növbədə həmin fond tərəfindən uşağa təqdim edilər, daha sonra isə dövlət borclu valideyndən həmin vəsaiti qanunvericiliyə uyğun şəkildə geri alar.




Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap