“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda bəy-gəlin rəqslərinin qiymətləri - SİYAHI

Tarix 28.07.26, 9:52

Font ölçüsü : - / +
bitmap-img6


Toy hazırlıqlarının vacib hissələrindən biri də bəylə gəlinin ilk rəqsidir. Buna görə də bir çox cütlük toy öncəsi peşəkar rəqs dərslərinə müraciət edir. Bakıda fəaliyyət göstərən rəqs məktəblərində milli rəqs, vals və fərqli rəqs proqramları təklif olunur. Qiymətlər isə müəllimdən, seçilən rəqs növündən və dərs paketindən asılı olaraq dəyişir.

Bəs Bakıda bəy-gəlin rəqs dərslərinin qiyməti neçəyədir? 

Valyuta.az Bakıda fəaliyyət göstərən bir neçə rəqs məktəbinin qiymətlərini təqdim edir:

İffy Dance School

"İffy Dance School"da vals və milli rəqs dərslərinin qiyməti müəllimdən asılı olaraq dəyişir. Digər müəllimlərdə bu rəqslər 80-100 manata, İftixar müəllimdə isə 150 manata tədris olunur. Bir musiqidə bir neçə rəqsin öyrədildiyi miks rəqs proqramının qiyməti isə digər müəllimlərdə 120-150 manat, İftixar müəllimdə 250-300 manat təşkil edir.

Dila Dance Group

"Dila Dance Group"da milli və vals rəqslərinin öyrədilməsi üçün 120 manat ödənilir. Dərslər həftədə iki dəfə olmaqla, hər biri 1 saat davam edir.

Uğurum Rəqs Qrupu

Uğurum Rəqs Qrupu toy üçün vals, milli və digər rəqsləri əhatə edən proqram təklif edir. Paketin qiyməti 500 manatdır və rəqslər 8 dərs ərzində öyrədilir.

İnci Rəqs Qrupu

"İnci Rəqs Qrupu"nda toy rəqsləri üzrə 8 dərslik paket 150 manata təklif olunur. Öyrədiləcək rəqslər bəylə gəlinin istəyinə uyğun seçilir.

Nur Dance

"Nur Dance"da da toy rəqsləri üzrə 8 dərslik proqramın qiyməti 150 manatdır. Bu müddət ərzində toy üçün lazım olan bütün rəqslər öyrədilir.

Edera Rəqs Mərkəzi

"Edera Rəqs Mərkəzi"ndə qiymətlər müəllimdən asılı olaraq dəyişir. Milli və vals rəqslərinin hər biri 100-150 manat, hər iki rəqsi əhatə edən paket isə 150-250 manat arasında dəyişir.

Bakı Rəqs Akademiyası

"Bakı Rəqs Akademiyası"nda bir rəqsin tam qurulması 120 manata təklif olunur. Proqram 4 dərs ərzində tamamlanır və hər dərs 1 saat davam edir.

Karma Nargiz Mahmudzade

"Karma Nargiz Mahmudzade" rəqs studiyasında bəy-gəlin üçün xüsusi xoreoqrafiya paketi təklif olunur. Bu ay qeydiyyatdan keçən cütlüklər üçün qiymət 645 manatdır. Proqram 6 dərs (ümumilikdə 6 saat) ərzində keçirilir. Qiymətin rəqsin çətinlik dərəcəsindən asılı olaraq dəyişə biləcəyi bildirilir. Rəqs musiqisi cütlüyün istəyinə uyğun sərbəst seçilir və xoreoqrafiya həmin musiqiyə uyğun olaraq bəy-gəlin üçün fərdi şəkildə hazırlanır.

Qeyd: Qiymətlər rəqs məktəblərinin təqdim etdiyi mövcud tariflər əsasında hazırlanıb və zamanla dəyişə bilər.



Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap