“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?

Tarix 27.07.26, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, Xəzərin Bakı sahilində ictimai çimərliklərin sayı çox az saydadır. Bəzi çimərliklər var ki, girişi pulsuz olsa da, ora qida və içki ilə daxil olmaq qadağandır. Hər hansı xəbərdaredici löhvələr qoyulmayıb, ancaq şifahi xəbərdarlıq edilir, yaxud elə qapıda yoxlama aparılır.

Musavat.com-un araşdırmasına görə, bir neçə çimərlikdə bunun sırf təmizliyi qorumaq üçün atılan addım olduğu bildirilir. Lakin müşahidələr göstərir ki, çimərlik ərazisində kafe və restoranlar, hətta marketlər olduğu üçün təmizlik “əsaslandırması” o qədər də ağlabatan deyil. Bəlkə də məqsəd elə həmin iaşə obyektlərinin bizneslərinə “töhfə verməkdir”?

Bəs bu qanunda bu qadağa barədə hər hansı müddəa varmı?

Hüquqşünas Sahib Məmmədov musavat.com-a şərhində bildirib ki, ictimai çimərlikdə tənzimləmələr olmalıdır. Onun sözlərinə görə, təhlükəsizlik və ictimai asayiş baxımından müəyyən qaydaların olması məqsədəuyğun olar:
“Məsələn, sərxoş halda dənizə girmək ciddi təhlükə deməkdir. Bu baxımdan içki qəbulu ilə bağlı nəzarətin olması normaldır. Lakin çimərlik ərazisindəki iaşə obyektlərinin maraqlarının olmasını da gözardı etmək olmaz. Bu cür bəhanələrlə bu maraqlar qoruna bilər. Hesab edirəm ki, içki qadağan olunsa, daha yaxşı olar. Hər həftə bədbəxt hadisələr baş verir. İçkili halda insanların batma ehtimalı yüksəkdir. Eyni zamanda sanitar-gigiyenik qaydalara ciddi riayət olunmalı, cərimələr müəyyən edilməlidir. Ərzaq qalıqları, plastik tullantılar dənizə qarışır, sahil ərazisi çirklənir. Həm özəl, həm də ictimai çimərliklərdə qaydalar eyni olmalıdır və bu qaydalara ciddi şəkildə riayət edilməlidir”.



Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap