“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək

Tarix 11.07.26, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Son dövrlər əhali arasında velosiped və skuterlərdən istifadəyə maraq xeyli artıb. Məhz bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müasir şəhər konsepsiyası çərçivəsində velosiped zolaqları şəbəkəsinin yaradılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində intensiv işlər həyata keçirilir.

AYNA-dan verilən məlumata görə, paytaxtın mikromobillik infrastrukturu mütəmadi olaraq təkmilləşdirilir. Artıq mərkəzi küçələri əhatə edən tam dövrəli velosiped yolu istifadəyə verilib və istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə paytaxtda işıqforlarda xüsusi velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.

Bəs kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənləri hansı cərimələr gözləyir? 

Qanunvericiliyə əsasən, skuter və bu qəbildən olan kiçik elektrik nəqliyyat vasitələrini yalnız 14 yaşdan yuxarı şəxslər idarə edə bilər. Bu vasitələrlə yol hərəkəti qaydalarının pozulmasına görə sürücüləri 40 manat məbləğində cərimə gözləyir. Əgər qayda pozuntusu nəticəsində zərərçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya maddi ziyan vurularsa, cərimənin məbləği 100 manatdan 150 manatadək müəyyən edilir.

Sürücülərin sərxoş vəziyyətdə xəta törətməsinə görə də sərt sanksiyalar nəzərdə tutulub. Belə ki, qaydaların pozulması alkoqoldan istifadə nəticəsində törədilərsə 150 manat, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində törədilərsə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Bununla yanaşı, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış xüsusi parklanma yerlərindən kənarda saxlanılmasına görə 10 manat cərimə ödənilməlidir.

Yeni qaydalar skuter icarəsi ilə məşğul olan operatorları (şirkətləri) da yaxından şamil edir. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verilməsinə görə şirkətlər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər. Əgər bu nasazlıq hər hansı bir şəxsin sağlamlığına yüngül xəsarət yetirilməsi və ya maddi ziyan vurulması ilə nəticələnərsə, operatorlar üçün cərimə sanksiyası 1000 manatdan 1200 manatadək yüksələcək.

Velosiped yollarının kənar əşyalarla qanunsuz olaraq bağlanması da cəriməsiz ötüşməyəcək. Bu yollarda materialların yığılması və predmetlərin saxlanılması ilə hərəkətə maneə yaradılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunacaqlar.

Modern.az



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap