“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB

Tarix 11.07.26, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Milli valyutanın nominalları müəyyən edilərkən təkcə iqtisadi deyil, həm də ciddi riyazi və psixoloji amillər əsas götürülür. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da pul nişanlarının strukturu "1-2-5" prinsipinə (və ya binary-decimal sisteminə) söykənir. Bu sistem minimum sayda əsginasdan istifadə etməklə istənilən məbləği ən optimal və sürətli şəkildə formalaşdırmağa imkan verir. 

Görəsən, niyə milli pul vahidi arasında “3 manatlıq” yoxdur?

AzFakt.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, qurum nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır: 

“Pul nişanlarımızın nominal strukturuna dəyişikliklərin edilməsi və yeni nominalın tədavülə buraxılması üzrə təkliflə bağlı bildiririk ki, Mərkəzi Bank ölkədə nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır, bu istiqamətdə mütəmadi təhlillər həyata keçirir, dünya təcrübəsini yaxından izləyir və vətəndaşların fikirləri öyrənilir.

Mərkəzi Bank son dövrlərdə pul nişanlarımızın nominal strukturunun beynəlxalq metodologiya əsasında təhlilini həyata keçirmiş və mövcud nominal strukturun ölkədə nağd pul nişanlarının ödəniş vasitəsi kimi istifadəsində, hesablaşmalarda və eləcə də qiymətəmələgəlmədə öz aktuallığını qoruduğu müəyyən edilib.

Bu istiqamətdə aparılacaq gələcək qiymətləndirmələrdə vətəndaşların müraciətləri daim diqqətdə saxlanılacaq və məsələ ilə bağlı hər hansı dəyişikliklər olarsa bu barədə ölkə ictimaiyyəti müvafiq şəkildə məlumatlandırılacaqdır”.



Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap