“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT

Tarix 10.07.26, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yer təki sahələrindən istifadə hüququnun verilməsi ilə bağlı növbəti hərrac elan edib. Hərrac 26 avqust tarixində keçiriləcək. 

Valyuta.az xəbər verir ki, hərraca ümumilikdə iki yataq üzrə üç lot çıxarılıb. Onlardan ikisi Füzuli rayonundakı “Arayatlı”, biri isə Qəbələ rayonundakı “Bumçay” qum-çınqıl yatağına aiddir.

Füzuli rayonundakı “Arayatlı” yatağının 1-ci lotu üzrə ehtiyat həcmi 680 400 kubmetr, sahəsi 24,3 hektardır. Lot üzrə istismar müddəti 1 ilədək müəyyən edilib. Başlanğıc qiyməti 68 040 manat, beh məbləği 6 804 manat, iştirak haqqı isə 1 080 manat təşkil edir.

“Arayatlı” yatağının 2-ci lotu üzrə ehtiyat həcmi 432 000 kubmetr, sahəsi 14,4 hektardır. Bu lot üzrə başlanğıc qiyməti 43 200 manat, beh məbləği 4 320 manat, iştirak haqqı isə 810 manatdır. İstismar müddəti 1 ilədək nəzərdə tutulub.

Qəbələ rayonundakı “Bumçay” yatağının 1-ci lotu üzrə ehtiyat həcmi 412 500 kubmetr, sahəsi 27,5 hektardır. Lotun başlanğıc qiyməti 41 250 manat, beh məbləği 4 125 manat, iştirak haqqı isə 810 manatdır. Bu yataq üzrə də istismar müddəti 1 ilədək müəyyən olunub.

Hərracda iştirak haqqı ehtiyat həcminə uyğun olaraq müəyyən edilir. Ehtiyat həcmi 200 min kubmetrə qədər olan lotlar üçün iştirak haqqı 540 manat, 200 mindən 500 min kubmetrədək olan lotlar üçün 810 manat, 500 min kubmetrdən yuxarı olan lotlar üçün isə 1 080 manat təşkil edir.



Xəbərin oxunma sayı : 1021




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap