“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu

Tarix 10.07.26, 15:19

Font ölçüsü : - / +
bitmap-img6


Qazax Rayon İcra Hakimiyyəti Qazax rayonunda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Azərtranss” MMC seçilib. Şirkətin qiymət təklifi 639 044,08 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Azərtranss” MMC 2010-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Qazax rayonu, Qazax şəhəri, Heydər Əliyev küçəsi, ev 58/5 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Adil Qasımov Məmməd oğludur.

Açıq mənbələrdə şirkət haqqında geniş məlumatlara rast gəlinmir. Adil Qasımov barədə də məlumat yoxdur.

"Azərtranss” MMC vaxtaşırı satınalma müsabiqələrində qalib seçilir. Ötən il şirkət 7 tenderin qalibi olub. Müsabiqələr təmir və abadlıq işləri üzrə keçirilib. Həmin tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 706 077,96 manat təşkil edib.

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyəti ötən il də "Azərtranss” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilə Qazax şəhərində Heydər Əliyev parkında, Əliağa Şıxlinski küçəsində və N.Nərimanov yaşayış massivində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı olub. Satınalma predmetinin qiyməti 848 380,34 manat təşkil edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.



Xəbərin oxunma sayı : 1090




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap