“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq - “Azərişıq” məlumat yayıb

Tarix 07.07.26, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, iyulun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Məhəmməd Naxçıvani, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Zivər bəy Əhmədbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Pəhlivan Fərzəliyev, 4, 6 və 8-ci köndələn küçələrinin bəzi yerlərini əhatə edəcək.

Paytaxtla yanaşı 8-10 iyul tarixlərində Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/6 kV-luq "Karxana-601” yarımstansiyasında 16 mVA gücündə transformator yeni 40 mVA gücündə transformatorla əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, 20 Yanvar, Mirzə Ələkbər Sabir və Təbriz küçələrinin bəzi ərazilərində enerjinin verilişində qısa müddətli fasilə olacaq.

Biləsuvar EŞ-nin ərazisində 110/35/10/6 kV-luq "Səmədabad” yarımstansiyasından çıxan 35 kV-luq "Səmədabad” hava xəttində təmir işləri görüləcək. Beləliklə, saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.

Həmçinin Cəlilabad EŞ-nin ərazisində yerləşən

110/35/10 kV-luq "Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq "Cəlilabad” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap