“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev

Tarix 13.07.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir.

Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının Parlament Assablemsiyasına vaxtı ilə başqa bir mənzərə vardı: "Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan Parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. Mənim üçün bu xoşa gəlməz hadisəsi idi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək seperatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər.

2024-cü ildə yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altına çəkdilər və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi. Onunla bağlı olsaydı daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?!".

Prezident İlham Əliyev xatırladıb ki, yeri gəlmişkən Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməyib: "Buna görə də biz onların qərarlarını tanımırıq. Biz hakimlər üçün səs verməmişik, iki ildir biz ayrı-seçkiliyə məruz qalırıq. Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq həmin təchizatdan getməyimizi nəzərdən keçiririk. Avropa Şurasının baş katibi mənimlə əlaqə saxladı və xahiş etdi ki, bunu etməyək, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapmalıyıq..." 

Prezident İlham Əliyev Azərbaycanın Avropa Komissiyasından  ilə münasibətlərindən danışıb.

 “Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə gəldikdə, bunların arasında çox böyük fərq var. Avropa Komissiyası ilə münasibətlərimiz müxtəlif olub. Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə bizim aramızdakı münasibətlər, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma getmişdir”, - deyə, Prezident bildirib.




Xəbərin oxunma sayı : 1420




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap