“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət

Tarix 11.07.26, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) həyata keçirdiyi kütləvi hücumlar Rusiyanın ən mühüm dəniz ticarət yollarından birində hərəkətin tamamilə iflic olmasına səbəb olub.

"Reuters" agentliyinin taxıl sənayesindəki etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya Federasiyasının Sərhəd Xidməti Don çayını Azov dənizi ilə birləşdirən strateji əhəmiyyətli Azovo-Donskoy dəniz kanalından gəmilərin keçidi üçün müraciətlərin qəbulunu dayandırıb. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı barədə heç bir rəsmi müddət açıqlanmır.

Mənbələr həmçinin bildirir ki, Azov dənizini Qara dənizlə birləşdirən Kərç boğazı vasitəsilə də gəmilərin hərəkəti müvəqqəti olaraq tamamilə dondurulub.

Ekspertlərin fikrincə, bu qərar Rusiyanın kənd təsərrüfatı ixracatına ciddi zərbə vura bilər. Çünki Rusiyanın ümumi buğda ixracatının rübdən (25%-ə yaxını) çoxu məhz Azov dənizi marşrutu vasitəsilə həyata keçirilir. Don və Krasnodar kimi ölkənin ən böyük taxıl istehsalçısı olan bölgələri məhz bu dəniz sahilində yerləşir.

Regionda gəmiçiliyin dayandırılması xəbəri dünya birjalarında dərhal ajiotaj yaradıb. Avropanın nüfuzlu "Euronext" birjasında buğdanın qiyməti cəmi bir sutka ərzində 4%-dən çox bahalaşaraq son altı həftənin ən yüksək həddinə çatıb. Analitiklər dəniz yollarının qapalı qalacağı təqdirdə qlobal ərzaq bazarında qiymət artımının davam edəcəyini proqnozlaşdırırlar.



Xəbərin oxunma sayı : 1189




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap