“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN

Tarix 11.07.26, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb.

Bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallıq müşahidə edilib. Xüsusilə, iddia olunur ki, peyk görüntüləri Parçin hərbi kompleksinin ərazisində ABŞ və İsrailin zərbələrindən sonra yenidənqurma işlərinin aparıldığını göstərir.

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Qeyd edilir ki, 21 iyunda çəkilmiş fotolarda Natanzdakı nüvə kompleksinin yaxınlığında yerləşən Kolanq dağındakı tunellərin ətrafında nəqliyyat vasitələrinin hərəkəti əks olunub. Telekanalın məlumatına görə, bu hal ABŞ ilə anlaşma memorandumunun qüvvədə olduğu dövrdə obyektdə fəaliyyətin davam etdiyinə işarə ola bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) müfəttişlərini öz nüvə obyektlərinə dəvət etdiyini bildirib. O qeyd edib ki, bu addım yekun denuklearizasiyanı və ya Tehranın nüvə proqramının dayandırılmasını simvolizə edir. Vens əlavə edib ki, ABŞ-nin İrandan tələb etdiyi də məhz bu idi.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap