“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Xətai rayonunda içməli su fasilələrlə verilir -ŞİKAYƏT/VİDEO

Tarix 22.01.25, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Bu binanın sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar. Səbəb isə çox sadədir. Binada çənlərə icazə verilmir, su isə qrafiklə verilir.

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi 74 ünvanında yaşayan sakinlər belə deyirlər.

Onların sözlərinə görə, illər öncə binalarının damındakı çənlər yığışdırılarkən suyun fasiləsiz veriləcəyi bildirilsə də, bu, sadəcə vəd olaraq qalıb.

Vətəndaşlar bildirirlər ki, problemlə bağlı müxtəlif qurumlara müraciət etsələr də, vəziyyət dəyişməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ərazidə suyu verilməsi qrafikli rejimlə tənzimlənir. Bu rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb. Əhalinin fasiləsiz su ilə təminatı istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Sözügedən yaşayış binasından su çənlərinin yığışdırılması isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid məsələ deyil.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə də müraciət etdik. Qurumdan qeyd edildi ki, binaların damından çənlər yığışdırılsa da, fasiləsiz su ilə təmin olunmayan ünvanlarda sakinlər su çənlərindən istifadə edə bilərlər. Amma burda da xüsusi meyarlar var.

İcra Hakimiyyətindən o da əlavə olundu ki, su çənlərinin yığışdırılmasına səbəb damların əsaslı təmiri, bir çox lift şaxtalarının yüklənməsi və binalardakı təhlükə ilə əlaqədar olub.




Xəbərin oxunma sayı : 1141




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap