“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib

Tarix 09.11.26, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət katibi Marko Rubio İranla pərdəarxası aparılan sülh danışıqları barədə son dərəcə bəbinik açıqlama verərək, prosesin dalana dirəndiyini bəyan edib.

Musavat.com xəbər verir ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri mətbuata müsahibəsində danışıqların hələlik heç bir real nəticə vermədiyini bildirib. Rubionun sözlərinə görə, İranın masaya qoyduğu tələblər təkcə qəbuledilməz deyil, həm də bəzi məqamlarda "rəzalət, cəfəngiyyat və tamamilə qeyri-real" xarakter daşıyır. Dövlət katibi vurğulayıb ki, Vaşinqton diplomatiya qapılarını tam bağlamasa da, Tehranın bu cür radikal mövqeyi fonunda tezliklə diplomatik sıçrayışın və ya razılaşmanın əldə olunması ehtimalı aşağıdır.

Mütəxəssislər qeyd edirlər ki, Qətər və digər regional vasitəçilər üzərindən aparılan təmaslarda əsas fikir ayrılığı İranın nüvə proqramının tam dayandırılması, sanksiyaların ləğvi mexanizmi və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi şərtləri ilə bağlıdır. ABŞ tərəfi Tehranın hərbi və nüvə ambisiyalarını tam məhdudlaşdırmağı tələb etdiyi halda, İran rəhbərliyi Vaşinqtondan kəskin kompensasiya və sanksiya güzəştləri tələb etməkdə davam edir.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap