“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

SSRİ-nin dağılmasından 35 il sonra Özbəkistanda ilk - Pambıq yığımında rekord nəticə!

Tarix 05.11.26, 10:50

Font ölçüsü : - / +
bitmap-img6


Özbəkistan SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq bir il ərzində 5 milyon ton pambıq yığmağa nail olub.

Musavat.com xəbər verir ki, bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına əsasən, ölkədə pambıq yığımı hələ başa çatmayıb və tarlalarda məhsul qaldığından yekun göstəricinin daha da artacağı gözlənilir.

Pambıq Özbəkistan iqtisadiyyatının əsas kənd təsərrüfatı məhsullarından biridir. Bu sahənin payına ölkənin ümumi daxili məhsulunun təxminən 3 faizi, sənaye istehsalının isə 15 faizi düşür. Pambıqçılıq və toxuculuq sektorunda 623 min nəfər çalışır. Sektor ölkənin ümumi ixracının təxminən 10 faizini təşkil edir.

SSRİ dövründə Özbəkistan pambıq istehsalının əsas mərkəzlərindən biri idi. Sovet statistikasına görə, respublikada 1980-ci ildə 5,1 milyon, 1985-ci ildə 5,38 milyon, 1990-cı ildə isə 5,06 milyon ton pambıq tədarük edilmişdi. Müqayisə üçün, həmin dövrdə Azərbaycanda 1980-ci ildə 788 min, 1985-ci ildə 616 min, 1990-cı ildə isə 543 min ton pambıq qeydə alınmışdı.

2026-cı ildə Özbəkistanda pambıq yığımı üçün 4,5 milyon tonluq hədəf müəyyən edilmişdi. Artıq bu göstərici 500 min ton üstələnib. Ötən il ölkədə təxminən 4 milyon ton pambıq yığılmışdı.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap