“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar

Tarix 07.11.26, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

AzFakt.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verdi.

Bildirilib ki, Nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.

Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.










Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap