“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA

Tarix 08.11.26, 14:43

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada Qərbə qarşı mübarizə ritorikası artıq xarici dillərin öyrənilməsinə də yönəlib. Dövlət Dumasının deputatı uşaqlıqdan ingilis dili öyrənilməsini Qərbin mədəni və siyasi təsirinin yayılması kimi qiymətləndirib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Aleksey Juravlyov NTV telekanalında yayımlanan tok-şouda səsləndirib.

Onun çıxışının görüntülərini “RusNews” yayıb.

Deputatın sözlərinə görə, uşaqlara erkən yaşlardan xarici dillərin öyrədilməsi onlara başqa xalqların mədəniyyətini, düşüncə tərzini və geosiyasi baxışlarını aşılamaq vasitəsinə çevrilir.

“Bu, Qərbə tədricən tabe olmaqdır. Sizə yumşaq güc vasitəsilə təsir göstərirlər. Guya rusca danışırsansa, geridə qalmısan, ingiliscə danışırsansa, artıq yaxşı adamsan”, – deyə Juravlyov bildirib.

Deputat öz mövqeyini şəxsi təcrübəsi ilə də əsaslandırmağa çalışıb.

Onun iddiasına görə, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən əvvəl bütün Avropanı gəzib, lakin prinsipial olaraq bir dəfə də ingilis dilində danışmayıb.

Juravlyov bildirib ki, xarici ölkələrdə yalnız rus dilində ünsiyyət qurub və buna baxmayaraq, onu hər yerdə başa düşüblər.

Deputatın bu açıqlaması Rusiyada Qərbin mədəni təsirinə qarşı mübarizənin hətta xarici dil təhsilinə də şamil edilməsinin növbəti nümunəsidir.



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap