“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vergi borcuna görə cərimələr azalır? - Yeni mexanizm təklif edilir

Tarix 06.11.26, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Vergi öhdəliklərinin vaxtında ödənilməməsinə görə hesablanan faizlərin iki dəfə azaldılması barədə təklif irəli sürülüb.

AzFakt.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ixraca yönəlmiş fəaliyyətin həvəsləndirilməsi də nəzərdə tutulan dəyişikliklərin prioritet istiqamətlərindən birini təşkil edir:

"Bu sahədə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə əlavə vergi güzəştlərinin tətbiqi təklif olunur. İrəli sürülən təşviqlər təkcə malların deyil, eyni zamanda xidmətlərin ixracını da əhatə edir. Həmin dəyişikliklər yerli sahibkarlıq subyektlərinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ölkənin ixrac potensialının gücləndirilməsinə hesablanıb".

O. Nəzərli vurğulayıb ki, mühüm yeniliklərdən biri də vergi öhdəliklərinin müəyyən olunmuş vaxtda icra edilməməsinə görə hər gecikdirilmiş gün üçün tətbiq olunan faizlərin iki dəfə azaldılmasının təklif edilməsidir: "Bununla yanaşı, maliyyə sanksiyalarının daha qısa müddət ərzində ödənilməsini təşviq etmək məqsədilə əlavə həvəsləndirici mexanizmlərin tətbiqi də nəzərdə tutulur".



Xəbərin oxunma sayı : 37




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap