“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aİ Ukraynanın üzvlük prosesini ləngidə bilər: Cəmi 7 istiqamət müəyyənləşdirilib

Tarix 04.11.26, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) Ukraynanın quruma üzvlüyü ilə bağlı danışıqlar üçün daha ehtiyatlı yol xəritəsi hazırlayıb.

Bu barədə Politico Avropa Komissiyasının genişlənmə paketi çərçivəsində hazırladığı sənədə istinadən məlumat yayıb.
Avropa Komissiyası Kiyevi islahatları sürətləndirməyə çağırsa da, 2027-ci ilədək danışıqların yalnız yeddi istiqamət üzrə ilkin olaraq tamamlanmasını mümkün hesab edir. Moldova üçün isə daha geniş və iddialı plan nəzərdə tutulub.

Sənəddə bildirilir ki, Ukrayna hüququn aliliyi sahəsində islahatların tempini təcili və əhəmiyyətli dərəcədə artırmalıdır. Bu istiqamətdə əsas tələblərin 2027-ci ilin ilk yarısında yerinə yetirilməsi ayrı-ayrı sahələr üzrə danışıqların ilkin başa çatdırılması üçün vacib şərt hesab olunur.

Avropa Komissiyasının yol xəritəsinə əsasən, Ukrayna gələn il yeddi istiqamət üzrə danışıqları ilkin olaraq tamamlaya bilər. Bunlara təhsil və mədəniyyət, əqli mülkiyyət, məşğulluq və sosial siyasət, sənaye siyasəti, tədqiqat, xarici əlaqələr, eləcə də xarici və təhlükəsizlik siyasəti daxildir.

Maraqlıdır ki, Moldova üçün nəzərdə tutulan plan daha genişdir. Belə ki, Avropa Komissiyası bu ölkənin 2027-ci ilədək 20-dən çox istiqamət üzrə danışıqları yekunlaşdıra biləcəyini proqnozlaşdırır. Bu isə indiyədək paralel şəkildə aparılan Ukrayna və Moldovanın Aİ-yə üzvlük proseslərinin faktiki olaraq fərqli sürətlə davam edə biləcəyini göstərir.

Bununla yanaşı, Brüssel 2026-cı ilin sonunadək Ukraynanın iki bloklanmış danışıqlar klasterinin açılmasına çalışır. Söhbət ətraf mühit və dayanıqlı nəqliyyat, eləcə də kənd təsərrüfatı, resurslar və regional inkişaf sahələrini əhatə edən istiqamətlərdən gedir. Komissiya hesab edir ki, Kiyev bu klasterlərin açılması üçün tələb olunan şərtləri yerinə yetirib.

Sənəddə Ukraynanın Avropa İttifaqına nə vaxt üzv olacağı ilə bağlı konkret tarix göstərilmir. Komissiya hazırlanan yol xəritəsini dəyişdirilə bilən sənəd kimi təqdim edir və islahatların gözləniləndən sürətli aparılacağı təqdirdə əlavə istiqamətlər üzrə danışıqların da vaxtından əvvəl başa çatdırıla biləcəyini istisna etmir.

Ukraynanın üzvlük perspektivinə təsir edən əsas amillərdən biri də davam edən müharibədir. Aİ qaydaları müharibə vəziyyətində olan ölkələrin quruma qəbulunu birbaşa qadağan etməsə də, təhlükəsizlik, ərazi bütövlüyü və üzv dövlətlərin qarşılıqlı müdafiə öhdəlikləri ilə bağlı mürəkkəb məsələlər mövcuddur.

Qeyd edək ki, Ukrayna 2022-ci il fevralın 28-də, Rusiyanın genişmiqyaslı işğalından dörd gün sonra Aİ-yə üzvlük üçün müraciət edib. Həmin ilin iyununda Ukrayna və Moldova namizəd statusu alıb, 2024-cü ilin iyununda isə rəsmi üzvlük danışıqlarına başlayıblar.



Xəbərin oxunma sayı : 193




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap