“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nazir tədbirə getmədi, hoteldə ölü tapıldı - Almaniyada müəmmalı hadisə

Tarix 05.11.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyada yüksəkvəzifəli dövlət rəsmisinin qəfil ölümü ölkənin siyasi gündəminə çevrilib.

Musavat.com xəbər verir ki, Bavariya federal əyalətinin baş nazirinin müavini, iqtisadiyyat, regional inkişaf və energetika naziri Hubert Ayvanqer Berlində hoteldə ölü tapılıb.

Bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb. Nəşr və DPA xəbər agentliyi Bavariya hökumətindəki mənbələrə istinadla 55 yaşlı siyasətçinin ölümünü təsdiqləyib.

Məlumata görə, noyabrın 4-də Berlində Ayvanqerin rəhbərlik etdiyi “Azad Seçicilər” Partiyasının yeni paytaxt ofisinin açılışı keçirilib. Siyasətçinin tədbirdə iştirak etməsi gözlənilsə də, o, özünü pis hiss etdiyindən mərasimə qatılmayıb.

Ayvanqerin Berlinin mərkəzində yerləşən “Neuer Fritz” hotelində qaldığı bildirilir. Daha sonra onun hoteldə cansız bədəni aşkarlanıb.

Almaniya mətbuatının məlumatına görə, hadisə ilə bağlı Berlin polisi və Bavariya hökumətindəki mənbələr məlumatlıdır. Siyasətçinin ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb.

Hubert Ayvanqer 1971-ci il yanvarın 26-da Bavariyanın Erqoldsbax şəhərində anadan olub. O, ali təhsilini kənd təsərrüfatı mühəndisliyi sahəsində alıb.

Siyasətçi 2006-cı ildə “Azad Seçicilər” Partiyasının Bavariya təşkilatının rəhbəri seçilib, 2010-cu ildən isə partiyanın federal səviyyədə liderliyini həyata keçirib.

2008-ci ildə Bavariya parlamentinə deputat seçilən Ayvanqer on il ərzində partiyasının parlament fraksiyasına rəhbərlik edib.

2018-ci ildə Bavariyada Xristian-Sosial İttifaqı ilə “Azad Seçicilər” arasında koalisiya hökuməti formalaşdırıldıqdan sonra Ayvanqer iqtisadiyyat naziri və baş nazir Markus Zöderin müavini təyin olunub. O, 2023-cü il seçkilərindən sonra da vəzifələrini qoruyub.

Ayvanqer Almaniyanın miqrasiya, enerji və iqtisadiyyat siyasətinə dair sərt mövqeyi ilə tanınıb. Onun rəhbərlik etdiyi siyasi qüvvə Bavariyada mühüm koalisiya tərəfdaşlarından biri hesab olunurdu.

Siyasətçi rəsmi nikahda olmayıb. O, yerli siyasətçi Taniya Şvaygerlə birlikdə yaşayıb və cütlüyün iki oğlu var.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap