“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qonşu ölkələr qiymət artımına qarşı necə “mübarizə” aparır? - Siyahı

Tarix 04.11.26, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


Qonşu ölkələr arasında ən aşağı inflyasiya Ermənistanda qeydə alınıb.

Yeniavaz.com açıqlanan son rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ölkədə illik inflyasiya 4,3 faiz səviyyəsində olub.

Qeyd edək ki, Ermənistanda inflyasiya səviyyəsinə nəzarət etmək üçün bu ölkənin mərkəzi bankı tərəfindən  tətbiq edilən yenidən maliyyələşdirmə dərəcəsi (uçot faiz dərəcəsi)  isə 7 faiz təşkil edir. Nəticədə Ermənistanda yenidən maliyyələşdirmə dərəcəsi inflyasiya səviyyəsindən 2,7 faiz bəndi çox olub.

Müqayisə üçün bildirək ki, Azərbaycanda illik inflyasiya 5,5 faiz olduğu halda, Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz səviyyəsindədir. Aradakı fərq 1 fazi bəndinə bərabərdir.

Digər qonşu ölkədə – Gürcüstanda isə inflyasiya 5,9 faiz təşkil edir. Bu ölkənin mərkəzi bankı faiz dərəcəsini 8,25 faiz səviyyəsində saxlayır.
Rusiyada illik inflyasiya 7,2 faiz təşkil etdiyi halda, yenidən maliyyələşdirmə dərəcəsi 14 faizdir. Türkiyədə isə qiymət artımı daha yüksəkdir. Belə ki, 29,8 faizlik inflyasiya fonunda yenidən maliyyələşdirmə dərəcəsi 36 faizə çatır.
Məlumat üçün bildirək ki, mərkəzi banklar inflyasiyanı azaltmaq üçün yenidən maliyyələşdirmə dərəcəsini artıraraq pulun bahalaşmasına çalışırlar. Bu həm də o deməkdir ki, yenidən maliyyələşdirmə dərəcəsi inflyasiyadan nə qədər yüksəkdirsə, pul siyasəti bir o qədər sərt hesab olunur. Məsələn, inflyasiya 5 faizdirsə, mərkəzi bankların faiz dərəcəsi 6 faiz olduqda pul siyasəti nisbətən yumşaq olur. Faiz 10 faiz olduqda isə daha sərt siyasət həyta keçirilir. Faiz dərəcəsini artırdıqda kreditlər adətən bahalaşır, insanlar və şirkətlər daha az borclanır, istehlak və investisiya tələbi zəifləyir. Nəticədə qiymət artımının sürətini azaltmaq mümkün olur. Digər tərəfdən, faiz dərəcəsinin həddindən artıq yüksək olması biznes kreditlərinin bahalaşmasına, investisiyaların azalmasına və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap