“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan

Tarix 07.11.26, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ankara ilə münasibətlərin normallaşdırılması məsələsini şərh edərkən bildirib.

"Biz niyə türklərlə savaşmalıyıq? Əgər onlar bizə hücum etmək istəsələr, bizim möhkəmlənməyə vaxtımız olmayacaq. 70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklərin bizi məhv edəcəyi kimi yanlış təsəvvürün reallıqla heç bir əlaqəsi yoxdur. Uşaqlarımıza qisas yox, sülhü miras qoymağın və müharibənin qarşısını almağın zəruriliyi ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir", - o əlavə edib.

Bununla yanaşı, A.Simonyan vurğulayıb ki, ölkənin müdafiəsini təmin etmək üçün Ermənistana güclü ordu lazımdır.

"Tramp marşrutu" (TRIPP) layihəsindən bəhs edərkən, o, ticarəti və ortaq maraqların formalaşmasını sülhün vacib tərkib hissələri adlandırıb. Onun qiymətləndirməsinə görə, bu layihə iqtisadi, diplomatik və təhlükəsizlik baxımından əhəmiyyətə malikdir.

A.Simonyan, həmçinin qeyd edib ki, marşrut İran sərhədindən təxminən 15 metr aralıdan keçəcək, buna görə də onun rolu ABŞ, İran və bütün regionun maraqları kontekstində nəzərdən keçirilməlidir: "Bu, iqtisadi, diplomatik layihədir, sülh alətidir".



Xəbərin oxunma sayı : 73




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap