“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO

Tarix 09.11.26, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


Şuşanın hər küçəsinin, hər daşının və tarixi məkanının özünəməxsus hekayəsi var.

AzFakt.com Baku TV-yə istinadən xəbər verir ki, bu dəfə qədim şəhərin tarixini fərqli baxış bucağından, əslən şuşalı olan Elçin Ağayevin dilindən öyrənirik.

Onun sözlərinə görə, Şuşanın tarixini yalnız məşhur musiqiçiləri və sənətkarları ilə əlaqələndirmək düzgün deyil. Şəhərin zəngin keçmişində bu günə qədər geniş ictimaiyyətə məlum olmayan çoxsaylı maraqlı faktlar var.

Şuşa qalasının tikintisinə şəhərin salınmasından əvvəl başlanılıb. 1752-ci ildə Pənahəli xan tərəfindən inşasına başlanan qala iki-üç il ərzində tamamlanıb. Qalanın tikintisində həm əsgərlər, həm də yerli sakinlər iştirak ediblər.

Elçin Ağayevin sözlərinə görə, qala divarlarının möhkəmləndirilməsi zamanı yumurta sarısından da istifadə olunub. Həmin dövrdə sement olmadığından yumurta sarısı tikinti qarışığına əlavə edilib. Hətta bunun üçün Qarabağ ərazisində yumurta vergisi tətbiq olunub. Ailələrə gündə üçdən artıq yumurta saxlamağa icazə verilməyib, artıq yumurtalar isə əsgərlər tərəfindən toplanıb.

Şuşa qalasının üç giriş qapısı olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Bu günə qədər qorunub saxlanılan yeganə qapı Gəncə qapısıdır. Digər iki qapı isə müxtəlif dövrlərdə aparılan tikinti və yol işləri zamanı dağıdılıb.

Qalanın yaxınlığındakı daş oyuqlar da maraqlı tarixə malikdir. Belə ki, xanlıq dövründə uzunqulaq arabalarının Şuşaya daxil olmasına icazə verilməyib. Şəhərin küçələri də uzunqulaqların rahat hərəkət edə bilməyəcəyi şəkildə döşənib. Heyvanlar qala divarlarının yaxınlığında saxlanılır, onlar üçün xüsusi yemlənmə yerləri yaradılırdı.

Şuşanın Mərdünlü məhəlləsi də öz tarixi ilə diqqət çəkir. Bildirilir ki, Pənahəli xan qala tikintisi zamanı Vərəndə tayfasının Soyuqbulaq kəndindən dəvə istəyib. Kənd sakinləri isə bir dəvə əvəzinə 21 dəvə göndəriblər. Xan onların bu mərdliyini yüksək qiymətləndirərək həmin camaat üçün xüsusi məhəllə salıb. Aşağı Gövhərağa məscidi də məhz bu məhəllənin ibadət yeri olub.

Məscidin minarələri məşhur Qarabağ memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Müsahibin sözlərinə görə, ikinci minarənin tikintisi zamanı memarın xəstələnməsi nəticəsində hörgüdə müəyyən əyrilik yaranıb. Sonradan bu qüsurun düzəldilməsi təklif olunsa da, Gövhər ağa minarədə Allahın adının yazıldığını əsas gətirərək ona müdaxilə edilməsinə icazə verməyib. Beləliklə, həmin naxış indiyədək qorunub saxlanılıb.




Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap