“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI

Tarix 08.11.26, 10:14

Font ölçüsü : - / +
bitmap-img6


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Bu kateqoriyadan olan şəxslərə həmin dövrdə 7354 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 586 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər 7700-dən çox avtomobil verilib.

Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 106 min şəxsə aylıq sosial ödəniş təyinatı üzrə 120 min xidmət göstərilib, 26 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

"Bizə bu Zəfəri yaşadan ölməz şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi sosial dəstək tədbirlərinin əsas istiqamətlərindən biridir. Belə ki, Qələbəmizdən ötən altı il ərzində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 31 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması onlara yönələn sosial dəstək tədbirlərinin mühüm istiqamətini təşkil edir. Qeyd edilən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2527 şəxsə 110 min reabilitasiya vasitəsi verilib. O cümlədən, müharibədə əzalarını itirmiş 500 hərbçi 626 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlər vasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsi və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılması məqsədilə sosial-psixoloji dəstək tədbirləri də görülüb, reabilitasiya proqramları həyata keçirilib. Bu dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 118 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Nazirliyin reabilitasiya müəssisələrində peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlərin müsbət nəticəsi olaraq qazilərimizin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.

"Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən artıq 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar. Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir. Qəhrəman Vətən övladlarının yadigarlarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaq məqsədilə də mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirilir. Postmüharibə dövründə Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 40 nəfər şəhid ailə üzvü və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və onların övladları təlimlərə cəlb edilərək onların yaradıcılıq potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılıb. Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində isə müharibə ilə əlaqədar əlilliyi olan 118 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 132 min şəxsi əhatə etməklə, həmin kateqoriyadan olan şəxslərə dəstək yönümlü 449 min xidmət göstərilib" ,- deyə sorğuya cavabda bildirilib.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap