“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu ölkədə kişi qıtlığı yaranıb - 3800 avro maaş təkif edirlər

Tarix 05.11.26, 18:06

Font ölçüsü : - / +
bitmap-img6


İsveçin azalan kişi əhalisinin sayını artırmaq məqsədilə xaricdən kişiləri ölkəyə dəvət etməyə hazırlaşdığı və gələn şəxslərə aylıq 3800 avro ödəyəcəyi barədə iddialar yayılıb.

Musavat.com xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında müzakirələrə səbəb olub. İddialara görə, proqram İsveçdə əhali balansının qorunmasına yönəlib.

Lakin ölkəyə köçəcək kişilərə aylıq 3800 avro ödənilməsi ilə bağlı rəsmi təsdiq yoxdur. Proqramın müraciət şərtləri, yaş həddi, əhatə edəcəyi ölkələr və qeydiyyat tarixləri barədə də İsveçin səlahiyyətli qurumları tərəfindən məlumat açıqlanmayıb.

İsveçdə əcnəbilərin iş icazəsi alması üçün müəyyən əməkhaqqı tələbləri mövcuddur. 1 iyun 2026-cı ildən qüvvəyə minən qaydaya əsasən, iş icazəsi üçün ümumi minimum aylıq əməkhaqqı tələbi 34 470 İsveç kronasıdır.

Bu məbləğ ölkəyə köçən şəxslərə dövlət tərəfindən verilən müavinət deyil. Söhbət işəgötürənin işçiyə ödəməli olduğu əməkhaqqından gedir.

3800 avro ödənişlə bağlı iddialardan sonra İsveçə necə müraciət etmək, hansı yaş qruplarının qəbul olunacağı və proqramın hansı ölkələrin vətəndaşlarını əhatə edəcəyi barədə suallar yaranıb.

Ancaq bu məsələlərlə bağlı rəsmi müraciət mexanizmi və qəbul meyarları mövcud deyil.

Beləliklə, İsveçin kişiləri ölkəyə cəlb etmək üçün xüsusi immiqrasiya proqramı başladacağı və onlara aylıq 3800 avro ödəyəcəyi barədə məlumatlar hələlik təsdiqlənməyib.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap