“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pensiya ilə bağlı dəyişiklik – Yığılan pulun bir hissəsi

Tarix 07.08.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı.

AzFakt.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəlik qayğıya olan ehtiyaclarının qarşılanmasına xidmət edir.

“İnsan yaşlandıqca həm qulluq, həm maddi, həm də tibbi baxımdan ehtiyacları artır. Xüsusilə qulluq məsələsi çox önəmlidir. Belə bir sistemin Azərbaycanda da tətbiqi yaxşı olardı”, – deyə o bildirib.

İqtisadçı qeyd edib ki, Azərbaycanda yaşlı insanlar üçün sosial xidmət müəssisələri fəaliyyət göstərsə də, hər kəs həmin müəssisələrdə yaşamaq istəmir.

“Elə insanlar var ki, evini tərk etmək istəmir və öz evində qalmağa üstünlük verir. Belə şəxslərin ev şəraitində qulluq, tibbi xidmət və digər ehtiyaclarının qarşılanması üçün baxım sosial sığorta sisteminin tətbiqi faydalı ola bilər”, – V.Əhmədov vurğulayıb.

O hesab edir ki, bu sistem xüsusilə ağır xəstələr və əlilliyi olan şəxslər üçün daha əlverişli olar.

Vahid Əhmədov bildirib ki, pensiya sistemində də dəyişikliklərə ehtiyac var.

“İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyirlər və onların fərdi hesablarında vəsait toplanır. Elə insanlar var ki, həmin hesabda 200-400 min manat vəsaiti formalaşıb. Hesab edirəm ki, pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına yığılan vəsaitdir”, – deyə o bildirib.

İqtisadçı əlavə edib ki, Azərbaycanın maliyyə imkanları belə bir modelin mərhələli şəkildə tətbiqinə şərait yaradır.

“Azərbaycanda maliyyə vəziyyəti normaldır. Belə islahatları birdən-birə deyil, mərhələli şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, yaşlılar, əlillər və ağır xəstələrə dövlət dəstəyinin daha da genişləndirilməsinə ehtiyac var”, – Vahid Əhmədov qeyd edib.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap