“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ağcabədidə pambıq davası - Fermer “sahəni dolu vurub” dedi, şirkət isə...

Tarix 04.08.26, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


Pambıq sahəsində başlayan əməkdaşlıq məhkəmə zalında başa çatıb. Şirvan Kommersiya Məhkəməsi fermerlə pambıq tədarükü ilə məşğul olan şirkət arasında yaranmış borc mübahisəsinə baxaraq qərar qəbul edib.

AzFakt.com Musavat.com-a istinadla xəbər verir ki, şirkət Ağcabədi rayonunun Boyat kəndində pambıq əkini ilə məşğul olan fermerdən borcun tutulması üçün məhkəməyə müraciət edib.

Mübahisənin kökündə 2023-cü ildə bağlanmış “xam pambığın alqı-satqısına dair” müqavilə dayanır. Müqaviləyə əsasən, fermer 1,56 hektar sahədə pambıq becərməyi və əldə etdiyi məhsulu şirkətə satmağı öhdəsinə götürüb. Şirkət isə əkin prosesinin təşkili üçün fermerə əvvəlcədən maliyyə dəstəyi göstərib. İddiaya əsasən, ümumilikdə 2 min 351 manat xərc çəkilib. Bu məbləğə torpağın şumu, diskli mala, toxum səpini, kultivasiya, dərmanlama, pambığın yığılması, sığorta, gübrə və digər xidmətlər daxil olub. Lakin mövsüm başa çatdıqdan sonra fermer şirkətə gözlənilən həcmdə məhsul təhvil verməyib. Məhkəmə materiallarına görə, cəmi 1 524,93 kiloqram xam pambıq təhvil verilib və nəticədə 1 132,04 manat borc yaranıb. Şirkət iddia edib ki, fermer müqavilə öhdəliklərini tam yerinə yetirməyib və borcun ödənilməsi ilə bağlı edilən müraciətlərə baxmayaraq, ödənişdən yayınır. Fermer isə üzləşmə aktını imzalamaqdan imtina edib. Səbəb kimi pambıq sahəsini dolu vurması göstərib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olub, şirkət tərəfindən xidmətlər göstərilib və avans ödənişləri həyata keçirilib.

Hakim Namidar Misirzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə hesab edib ki, fermer müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməyib. Qərarda vurğulanıb ki, müqaviləyə əsasən, fermer həm şirkətdən verilmiş avansı, həm də göstərilmiş xidmətlərin dəyərini məhsulla kompensasiya etməli idi. Bu öhdəliyin yerinə yetirilməməsi isə borcun yaranmasına səbəb olub. Şirkət əsas borcla yanaşı, müqaviləyə əsasən 100 manat cərimə də tələb edib. Lakin məhkəmə bu tələbi təmin tam etməyib. Hakim hesab edib ki, tələb olunan cərimə məbləği yüksəkdir və qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək onu 57 manata endirib. Nəticədə məhkəmə fermerdən şirkətin xeyrinə 1132 manat əsas borc, 57 manat cərimə olmaqla, ümumilikdə 1189 manat 4 qəpik pul vəsaitinin, həmçinin 31 manat 89 qəpik dövlət rüsumunun tutulmasına qərar verib.

Beləliklə, pambıq sahəsində başlayan münasibətlər məhkəmə qərarı ilə yekunlaşıb. Kiçik görünən bu məbləğli mübahisə isə kənd təsərrüfatında fermerlə şirkətlər arasında bağlanan müqavilələrin, avans sisteminin və məhsul öhdəliklərinin hüquqi nəticələr yarada biləcəyini ortaya qoyub.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap