“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq

Tarix 05.08.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif İbrahimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AzFakt.com Pravda.az-a istinadla xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Arif İbrahimov tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) etibarını qazanaraq onun iki övladını Azərbaycan Dövlət Tibb Universitetinə qəbul etdirəcəyini vəd edib.

Belə ki, təqsirləndirilən şəxs ali məktəbə qəbul prosesində tanışlarının və imkanlarının olduğunu bildirərək zərərçəkmişi buna inandırıb və qəbul məsələsini həll edəcəyini deyərək ondan mərhələli şəkildə pul alıb.

Araşdırmalarla müəyyən edilib ki, 2023-cü ilin may ayında F.F. "MilliÖn" ödəmə terminalı vasitəsilə Arif İbrahimovun bank kartına iki dəfə olmaqla, hər dəfə 10 000 manat, ümumilikdə 20 000 manat köçürüb.

Bundan sonra, 2023-cü ilin iyun ayında zərərçəkmişin qohumu onun adından "MilliÖn" terminalı vasitəsilə həmin bank hesabına əlavə 3 000 manat göndərib.

2023-cü ilin avqust ayında isə eyni qaydada daha 3 000 manat həmin hesaba köçürülüb.

Beləliklə, F.F. müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 26 000 manat ödəyib.

Lakin sonradan məlum olub ki, Arif İbrahimovun verdiyi vədlərin heç bir real əsası olmayıb. O, zərərçəkmişin övladlarının ali məktəbə qəbulunu təşkil etməyib, aldığı vəsaiti isə öz şəxsi ehtiyaclarına sərf edib.

İstintaq orqanı onun hərəkətlərini etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda maddi ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 157




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap