“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pakistanda leysan yağışları - 150-dən çox insan ölüb

Tarix 07.08.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Təbii fəlakət nəticəsində yüzlərlə insan yaralanıb, minlərlə bina zədələnib

AzFakt.com xəbər verir ki, Pakistanın Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (NDMA) məlumatına görə, iyunun 26-dan avqustun 6-dək ölkədə musson yağışlarının törətdiyi fəsadlar nəticəsində 151 nəfər həyatını itirib, daha 448 nəfər yaralanıb.
Qurumun açıqlamasına əsasən, həlak olanlar arasında 73 uşaq da var.

Bildirilib ki, təbii fəlakət ən çox ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinə ziyan vurub. Həmin bölgədə 64 nəfər ölüb. Şərqdə yerləşən Pəncab əyalətində isə 53 nəfərin həyatını itirdiyi qeyd olunub. Ölənlərin əksəriyyəti binaların uçqunu altında qalıb.

NDMA-nın məlumatına görə, leysan yağışları nəticəsində ümumilikdə 1 300-ə yaxın bina zədələnib, onlardan 400-dən çoxu tamamilə dağılıb.

Daşqın baş verən ərazilərdən təxminən 4 min nəfər təhlükəsiz zonalara təxliyə olunub.

Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyun ayından sentyabr ayınadək davam edir və bu dövrdə güclü yağışlar tez-tez daşqınlara və insan tələfatına səbəb olur.



Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap