“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ağdam-Xankəndi dəmir yolu və Füzuli-Xocavənd avtomobil yolu tikilir - VİDEO

Tarix 05.08.26, 8:30

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam-Xankəndi dəmir yolu və Füzuli-Xocavənd avtomobil yolunda tikinti işləri davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC və Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Azərbaycan Dəmir Yolları”nın yaydığı məlumata görə, Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə hazırda layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını tamamlanıb.

Ümumi uzunluğu 30.8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Ağdam-Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq yekunlaşıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata əsasən isə, 19.2 kilometrlik Füzuli-Xocavənd avtomobil yolunun müxtəlif hissələrində torpaq işləri, drenaj sistemlərinin qurulması və suötürücü qurğuların inşası həyata keçirilir. Layihə üzrə ümumi icra səviyyəsi 33.5 faiz təşkil edir.

Füzuli və Xocavənd rayonlarını birləşdirən bu strateji yol nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesinə, təhlükəsiz yük və sərnişin daşımalarına, eləcə də Qarabağın sosial-iqtisadi və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Qeyd edək ki, layihə Prezident İlham Əliyevin Sərəncamına əsasən həyata keçirilir.




Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap