“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Metronun əvəzinə bu avtobuslar işləyəcək - Siyahı-Video

Tarix 04.08.26, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. 

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYN) məlumat yayıb.

Bildirilib ki, “28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq  çətinliklər nəzərə alınaraq,  yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub.

Belə ki,  AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətləri bunlardır:

- M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında;

- M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında;

- M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında;

- M4 – Metronun “20 Yanvar” və  “Koroğlu” stansiyaları arasında;

- M5 – Metronun “20 Yanvar” və  “Gənclik” stansiyaları arasında;

- M6 – Metronun “Elmlər Akademiyası” və  “Gənclik” stansiyaları arasında.

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.

Sərnişinlər alternativ marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər.

Layihənin icra müddətində metronun “28 May”, “20 Yanvar”, “İnşaatçılar” və  “Elmlər Akademiyası” stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər. 

Ətraflı videomaterialda:





Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap