“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO

Tarix 06.08.26, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə "Selsept 500 mq 50 tablet" dərman vasitəsinin müxtəlif apteklərdə fərqli qiymətlərlə satışa təqdim edilməsi ilə bağlı iddia səsləndirilib.

Paylaşımda vətəndaş həmin dərman vasitəsinin iki ayrı aptekdə müxtəlif qiymətlərlə, birində 123,02, digərində isə 67,60 manata satıldığını bildirərək bunun səbəbini sual edib.

Hətta bununla bağlı dərmanın qəbzini də paylaşıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, həmin dərman vasitəsi üçün Tarif Şurası tərəfindən müəyyən edilmiş yuxarı satış qiyməti 123 manat 02 qəpik təşkil edir. Vətəndaşa "Selsept 500 mq 50 tablet" dərman vasitəsinin 67 manat 60 qəpiyə satışı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən aptek müəssisəsində həyata keçirilib. 

Ədliyyə Nazirliyinin dövlət reyestrindən çıxarış əsasında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən həmin aptek müəssisəsində yoxlama keçirilib. Təqdim olunmuş izahata əsasən, satışa çıxarılan preparat aptekə aid olmayıb, işçinin yaxın qohumuna məxsus olub və artıq istifadə edilmədiyi üçün aşağı qiymətə satılması məqsədilə aptekdə realizə edilib. Aşkar olunmuş pozuntularla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, sözügedən dərman vasitəsi  böyrək, ürək və ya qaraciyər transplantasiyasından sonra orqan rəddinin qarşısını almaq üçün istifadə olunan preparatdır.//Xəzər TV




Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap