“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Suriya Rusiya neftinin idxalını azaltmağa razılaşıb - Reuters

Tarix 04.08.26, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Dəməşq bu addımla ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılma prosesini sürətləndirməyə çalışır

AzFakt.com xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Suriya ABŞ sanksiyalarının yumşaldılması perspektivi fonunda Rusiyadan neft idxalını azaltmağa razılıq verib.

Agentliyin yazdığına görə, bu qərar Dəməşqin uzun illər Rusiyadan neft tədarükündən asılı olduğu nəzərə alınarsa, ölkənin enerji siyasətində ciddi dəyişiklik hesab olunur. Bildirilir ki, Suriya son dövrlərdə Qərb ölkələri ilə münasibətlərin normallaşdırılması istiqamətində də addımlar atır.

Reuters-in məlumatına əsasən, ABŞ rəsmiləri Rusiyadan neft idxalının azaldılmasının Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması üçün rəsmi şərt olmadığını bildiriblər.

Bununla belə, agentliyin istinad etdiyi Suriya mənbələri hesab edir ki, belə bir qərar Vaşinqtonun Dəməşqə münasibətinin dəyişməsinə və sanksiyaların mərhələli şəkildə aradan qaldırılması prosesinin sürətlənməsinə müsbət təsir göstərə bilər.

Məlumata görə, Suriya rəhbərliyi beynəlxalq təcridin azaldılması və xarici investisiyaların cəlb olunması məqsədilə Qərblə münasibətlərin yaxşılaşdırılması istiqamətində müxtəlif addımları nəzərdən keçirir.



Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap