“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu

Tarix 04.08.26, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində kənd təsərrüfatı məhsullarını Rusiyaya aparmaq adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirməkdə ittiham olunan Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevə hökm oxunub.

AzFakt.com Lent.az-a istinadla xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilənlər - Elnur Haxtarinin 8 il, 8 ay, Kamal Həsənovun 11il il, Ələkbər Quliyevin ziyanın bir hissəsini ödədiyinə görə 2 il sınaq müddəti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən şəxslərin - Elnur Haxtarinin 12 il, Ələkbər Quliyevin 7 il, Kamal Həsənovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məsuliyyətə cəlb olunublar.

Cinayət işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Onların hər üçü iş adamı olub.

Təqsirləndirlilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) 178.3.2 (külli miqdarda dələduzluq) 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, zərərçəkənlərə dəymiş ümumi ziyan 3 milyon manatdır.



Xəbərin oxunma sayı : 112




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap