“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək - FƏRMAN

Tarix 04.08.26, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana idxal olunan media materiallarının, tez xarab olan malların, canlı heyvanların və bir sıra digər yüklərin gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

AzFakt.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media və informasiya agentlikləri) məqsədləri üçün materialların, eləcə də Azərbaycan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Mərkəzi Bankın ünvanına göndərilən və bu qəbildən digər malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Bundan başqa, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə vəziyyətlər zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları da hazırlanacaq.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap