“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

David Seliverstov ölkədən qaçdı - YENİ İDDİALAR

Tarix 06.08.26, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


Özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin Azərbaycanı tərk etdiyi bildirilir.

Məlumata görə “David Seliverstov” kimi tanınan Kazım Elşən oğlu Abbasov
haqqında dərc olunan ifşaedici materialdan dərhal sonra həmin şəxs əvvəlcə Gürcüstana yollanıb.

Bəzi məlumatlarda onun daha sonra İsrailə getdiyi iddia olunsa da, digər məlumatlara əsasən, hazırda hələ də Gürcüstandadır. Bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, “David Seliverstov” özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib, ictimai-siyasi dairələrdə geniş əlaqələr formalaşdırmağa çalışıb. Hüquq müdafiəçilərinin iddiasına görə isə Azərbaycanda bu adda rəsmi qeydiyyatda olan şəxs yoxdur və “David Seliverstov” adı ilə çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu bildirilir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadənin Musavat.com-a təqdim etdikləri məlumatlarda bildirilir ki, Kazım Abbasov müxtəlif dövrlərdə bir neçə dəfə məhkum olunub.

Təqdim olunan məlumatlara əsasən, o, 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılıb və azadlıqdan məhrum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində də məhkum olunub. 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən saxlanılıb və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Hüquq müdafiəçilərinin məlumatına görə, o, 2022-ci ildə azadlığa çıxıb.

İddialara görə, azadlığa çıxdıqdan sonra Kazım Abbasov yeni kimlik formalaşdıraraq “David Seliverstov” adı ilə fəaliyyət göstərməyə başlayıb. O, müxtəlif şəxslərə problemlərinin həllində kömək edə biləcəyini bildirib, nüfuzlu çevrələrlə əlaqələrinin olduğunu vurğulayıb və bu yolla etimad qazanmağa çalışıb. Hüquq müdafiəçiləri bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını açıqlayıblar.

Musavat.com-un yaydığı araşdırma ictimaiyyətdə geniş rezonans doğurub. Hazırda “David Seliverstov”un ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatların rəsmi təsdiqi olmasa da, məsələ ətrafında araşdırmaların davam etdiyi bildirilir.



Xəbərin oxunma sayı : 145




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap