“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Tarix 05.08.26, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1 300 manat təşkil edir.

AzFakt.com Modern.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalına əsasən, bu məbləğ bir neçə kollecdə müxtəlif ixtisaslar üzrə müəyyən edilib.

Ən yüksək təhsil haqqı tələb olunan kolleclər və ixtisaslar aşağıdakıdır:

Bakı Biznes və Kooperasiya Kolleci

Bu kollecdə "kargüzarlıq və arxiv işi", "bank işi", "bələdiyyə işi", "kommersiya işi", "marketinq" (sahələr üzrə), "sığorta işi", "vergi işi", "kompüter sistemlərinin təmiri və servisi", "nəqliyyat logistikası", "sosial iş", "turizm işinin təşkili", "maliyyə işi" (Azərbaycan və rus bölmələri), "kompüter şəbəkələri və şəbəkə inzibatçılığı" (Azərbaycan və rus bölmələri) ixtisasları üzrə illik təhsil haqqı 1 300 manat müəyyən edilib.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci

Bu təhsil müəssisəsində "nəqliyyatda avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə illik təhsil haqqı 1 300 manatdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci

Bu kollecdə "sənaye müəssisələrinin elektrik avadanlıqlarının quraşdırılması və istismarı", "neft-qaz quyularının istismarı", "neft-qaz çıxarılması", "neft-qaz yataqlarının geologiyası və işlənilməsi", "neft və qaz", "neft-qaz qurğuları", "mühasibat uçotu" ixtisaslarında təhsil almaq istəyənlər illik 1 300 manat təhsil haqqı ödəyəcəklər.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci

Bu kollecdə "bank işi", "maliyyə işi" və "mühasibat uçotu" ixtisasları üzrə illik təhsil haqqı 1 200 manat təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kolleci

Bu təhsil müəssisəsində isə "bank işi", "maliyyə işi", "mühasibat uçotu" və "vergi işi" ixtisaslarının illik təhsil haqqı 1 100 manat müəyyən olunub.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap