“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu - Sonra azadlığa buraxıldı

Tarix 04.09.26, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov dələduzluqda ittiham olunur.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin Kiçibəyov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Daha sonra hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.

Qərara əsasən, Şahin Kiçibəyovun apellyasiya şikayəti təmin edilib.

Məhkəmə təqsirləndirilən şəxsin dəymiş ziyanın bir hissəsini ödəməsini, himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi veteranı olduğunu nəzərə alıb. Onun cəzasını şərti sayılıb, Şahin Kiçibəyov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul və xidmət yerinin dəyişdirilməsi ilə bağlı vədlər verərək 20 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib.



Xəbərin oxunma sayı : 541




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap