“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat yüksəlib - VİDEO

Tarix 03.09.26, 9:51

Font ölçüsü : - / +
bitmap-img6


Bölgələrdə kirayə bazarında qiymətlər cib yandırır. Yeni dərs ili öncəsi Gəncənin əmlak bazarında da canlanma müşahidə olunur. Tələbələrin kirayə mənzil axtarışına başlaması bu sahədə tələbatı artırıb.

AzFakt.com "Xəzər" TV-yə istinadla xəbər verir ki, rieltorların sözlərinə görə, şəhərdə kirayə mənzil axtaran oğlan tələbələr ev tapmaqda qız tələbələrlə müqayisədə daha çox çətinlik çəkirlər.

Ölkənin dördüncü böyük şəhəri olan Mingəçevirdə bir universitet və iki kollec fəaliyyət göstərdiyindən, müxtəlif bölgələrdən bura üz tutan tələbələrin sayı da ilbəil artır. Hazırda tələbələr əsasən təhsil aldıqları müəssisələrə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər. Qiymətlərdə isə artım var.

Mingəçevirdə də oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Rieltorların sözlərinə görə, mənzil sahibləri evin səliqəli saxlanılması baxımından qız tələbələrə üstünlük verirlər. Onların sözlərinə görə, ötən il bir tələbə üçün kirayə haqqı 70-80 manat olduğu halda, bu il həmin məbləğ 100 manata yüksəlib.

Lənkəranda isə tələbələr əsasən kommunal xərclərin yüksək olması səbəbindən həyət evlərinə üstünlük vermirlər. Rieltorlar bildirirlər ki, hər il olduğu kimi, bu il də bina evlərinə tələbatın artması kirayə qiymətlərinə təsir edib.




Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap