“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

500 min ev sənədləşdirilsə nə baş verəcək? - İqtisadçı açıqladı

Tarix 03.09.26, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi həll edilməmiş qalır və müvafiq qurum rəhbərlərinin son açıqlamaları hələlik bu istiqamətdə “əmlak amnistisayası”nın tezliklə baş verməyəcəyini deməyə əsas verir.

AzFakt.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli son paylaşımında 500 min sənədsiz evin sənədləşdirilməsinin ölkənin iqtisadi və sosial həyatına hansı təsirlər edə biləcəyini sadalayıb:

“Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə:Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə:

1) Bazara potensial olaraq 500 min ev-mənzil daxil olacaq,

2) Həyət evlərinin rəsmiləşdirilməsi həmin məhəllələrdə bina tikintisini sürətləndirə bilər – məsələn, 10-15 sənədli evi alan iş adamı, onların yerində 12-14 mərtəbəli, 3 bloklu bina tiksə, bazara əlavə 70-90 arası mənzil çıxacaq. Əgər 2000 belə layihə olsa, bu, hardasa, 150.000 mənzil deməkdir ki, təklifin kəskin artması, qiymətlərin ucuzlaşmasına səbəb olacaq,

3) Çıxarış alan vətəndaş öz evində kiçik biznes aça, rəsmiləşdirə, kredit ala, işini böyüdə bilər (məsələn, kiçik təmir, şirniyyat sexi, kafe və s.),

4) Ölkədə 500 min evin rəsmiləşdirilməsi üçün 1000 manat rəsmi rüsum təyin edilsə (rüşvəti bu rəqəmdən 15-20 dəfə çoxdur), bu, büdcəyə əlavə 500 mln. manat vəsait gətirəcək,

5) 500 min ev-mənzildə qeydiyyat problemi həll olunacaq, seçkidə, siyasi-ictimai iştirakçılıq təmin ediləcək”.



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap