“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bir imza ilə hər şeyinizi itirə bilərsiniz - XƏBƏRDARLIQ

Tarix 04.09.26, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


“Saxta imza məsələsi ilə bağlı hadisələr tez-tez baş verməsə də, baş verəndə fəsadları olduqca ağır olur. Saxtakarlıq edən aydındır ki, imzanı oxşadır. Üstəlik bunu peşəkarlar edir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O hazırda özünün apardığı məhkəmə işini nümunə çəkib:

“Məsələn, mənim indi apardığım məhkəmə işini götürək. Şəxsin başqa bir şəxsə borcu var. Həmin borc bank hesabına ödənilməli idi. Borcu götürən şəxs deyir ki, mən bu borcu sənə əlbəəl vermişəm, sən də imza ilə qəbul etmisən. Bu imza saxtadır. Borcundan, hüquqi öhdəliyindən yayınmaq istəyən yaxud dələduzluqla məşğul olan şəxslər bu varianta əl atır. Son vaxtlar belə halların sayı artıb”.

Hüquqşünas əlavə edib ki, vətəndaşlar mütləq şəkildə əldə edəcəkləri ödənişlərin bank hesabına köçürülməsini tələb etməlidir:

“Mən hesab edirəm ki, vətəndaşlar bağladığı müqavilələrdə pulun ödənilməsini bank hesabına köçürmə şərti qoysunlar. Hər bir halda, pul mübadiləsi bank hesabı vasitəsi ilə edilməlidir. Çalışmaq lazımdır ki, sənədlər imzalanan zaman şahidlər olsun. Hətta video kameralardan. Xətşünaslıq ekspertizası dəqiq elm deyil. Dünyada da belədir. Ekspertdən asılı olan bir şeydir. Azərbaycanda isə vəziyyət daha da bərbaddır. Ekspert dünən məhkəmədə mənə deyir ki, imzaya lupa ilə baxmışam. Lupa ilə saxta imzanı müəyyən etmək mümkün deyil. Mən bunu hakimlərə bildirdim”.

Ə.Həsənov qeyd edib ki, xətşünaslar daha müasir texnologiyalarla təmin edilməlidir:

“Bu ekspertlər müvafiq avadanlıqla təmin olunmalıdır. Daha dəqiq desək, mikroskopla. Eyni zamanda xətşünas ekspert rəyinin standartları müyyən edilməlidir. Rəy ətraflı olmalıdır. Fərqlərin harada olduğunu demək, əsaslandırmaq və dəqiq harada olduğunu qeyd etmək lazımdır. Bu çox ciddi məsələdir”.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap